AZ

BSU-da tərcüməçi kadr hazırlığının aktual məsələləri ilə bağlı dəyirmi masa keçirilib

Tədbirdə Dövlət Tərcümə Mərkəzinin Elm, Təhsil və Mədəniyyət İdarəsinin direktoru Etimad Başkeçid, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanov, “Şəms” Tərcümə Mərkəzinin direktoru Nəsimi Həsənov, “Avrasiya” Tərcümə Mərkəzinin direktoru Nərminə Hüseynova, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) buraxılış baş redaktoru Pərvin Abbasov, Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, BSU-nun əməkdaşları və tərcümə ixtisası üzrə məzunları iştirak edib.

Şərqi Avropa Dilləri fakültəsinin dekanı Kamran Hacıyevin moderatorluğu ilə keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra BSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Nailə Xəndan çıxış edərək tərcüməçilik fəaliyyəti ilə məşğul olan hər kəsi 30 sentyabr - Beynəlxalq Tərcüməçilər Günü münasibətilə təbrik edib, bu sahənin böyük maraq və yüksək məsuliyyət tələb etdiyini vurğulayıb. 

Kamran Hacıyev çıxışında Azərbaycan tərcüməçilik sahəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin rolunu qeyd edərək, BSU-da slavyan dillərinin tədrisinə xüsusi diqqət ayrıldığını vurğulayıb. O, həmçinin, son iki ildə BSU-da tərcümə ixtisasında yeni dövrün başlandığını və bu sahənin yaradıcı istiqamət daşıdığını bildirib.

Dövlət Tərcümə Mərkəzinin Elm, Təhsil və Mədəniyyət İdarəsinin direktoru Etimad Başkeçid (Muradov) tərcüməçilik sahəsində mövcud problemlərə toxunub.

Tədbirin sonunda tərcüməçi kadrların hazırlanması perspektivləri barədə geniş müzakirə aparılıb.

Seçilən
12
tehsil.biz

1Mənbələr