AZ

"Bayden administrasiyası dünyanı nüvə fəlakətinə sövq edir" - Antonov

“ABŞ Prezidenti Co Baydenin administrasiyası dünyanı nüvə fəlakətinə sövq edir”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Rusiyanın TV kanallarından birinə müsahibəsində deyib.

 

“Amerikalılara, Ağ Evdəki həmkarlarıma və ABŞ Dövlət Departamentinə demişəm ki, siz dünyanı nüvə fəlakətinə doğru aparırsınız. Mən Ukrayna böhranını və ABŞ-nin Yaxın Şərqdəki hazırkı siyasətini nəzərdə tuturam. Onlar münaqişə tərəflərindən birini dəstəkləyirlər və bu, qətiyyən sülhə xidmət etmir ", - diplomat əlavə edib.

 

Antonov həmçinin bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putinin Rusiya nüvə doktrinasına təklif etdiyi düzəlişlərin mahiyyətini Ağ Ev və Dövlət Departamentindəki rəsmilərə izah etməyə çalışıb.

 

“Bu məsələ mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki mahiyyət etibarilə amerikalılar bizə qarşı müharibə aparır, lakin ukraynalıların əli ilə”, - səfir bildirib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Təhlükəsizlik Şurasının daimi iclasında nüvə doktrinasına qarşıdakı düzəlişləri açıqlayıb. Təklif edilən düzəlişlər arasında hər hansı nüvə dövlətinin Rusiya ilə müharibə aparan qeyri-nüvə ölkəsinə dəstəyinin hücum kimi şərh edilməsi və Rusiyanın müttəfiqi Belarusa hücuma qarşı nüvə ilə cavabın verilməsi daxildir. 

 

Firuzə Əliyeva

Seçilən
11
sfera.az

1Mənbələr