AZ

Şimali Koreya lideri nüvə silahından istifadə etməkdən çəkinməyəcəklərini bildirdi

Şimali Koreya lideri Kim Çen In oktyabrın 2-də xüsusi əməliyyat qüvvələrinin bölməsinə baş çəkib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kim səfər zamanı etdiyi çıxışında Cənubi Koreya ölkəsinin suverenliyini pozan silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə, ordusu \"nüvə silahı da daxil olmaqla, malik olduğu bütün hücum qüvvələrindən çəkinmədən istifadə edəcək” deyə bildirib.

Kim ölkəsinə qarşı silahlı qüvvələrdən istifadə etsə, Cənubun \"məhv ediləcəyini\" müdafiə edib.

Qeyd edək ki, Cənubi Koreya lideri Yoon Suk Yeol oktyabrın 1-də \"Şimali Koreyanın nüvə silahından istifadə etmək cəhdi Kimin hökumətinin sonu olacaq, çünki Kim Cənubi Koreya-ABŞ ittifaqının \"qətiyyətli və böyük cavabı” ilə üzləşəcək\" deyə bildirib.
 
Gülay
Seçilən
16
4
azxeber.com

10Mənbələr