AZ

188 yaşı olduğu iddia edilən kişi ilə bağlı həqiqət üzə ÇIXDI

Dünən X sosial media platformasında paylaşılan fotoda Hindistanda mağarada 188 yaşlı kişinin tapıldığı və müalicə olunduğu iddia edilib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən kişi ilə bağlı həqiqətlər ortaya çıxıb.

Məlum olub ki, tapılan şəxs hindli guru olub. Hindistanın Xarqone bölgəsində yaşayan guru xalq arasında Siyaram Baba kimi tanınır.

Siyarma babanın 100-101 yaşı olduğu təxmin edilir. Siyaram Baba təkcə Hindistandan deyil, həm də xaricdən çoxlu ziyarətçi cəlb edən mühüm din xadimi kimi tanınır.

Sosial şəbəkələrdə onun adına açılmış, videolarını paylaşan saysız-hesabsız hesablar var. Sosial şəbəkələrdə yayılan görüntü onlardan birindən götürülüb.

 

Seçilən
11
1
medianews.az

2Mənbələr