AZ

188 yaşı olduğu iddia edilən kişi ilə bağlı həqiqət üzə ÇIXDI – VİDEO

Dünən X sosial media platformasında paylaşılan fotoda Hindistanda mağarada 188 yaşlı kişinin tapıldığı və müalicə olunduğu iddia edilib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən kişi ilə bağlı həqiqətlər ortaya çıxıb.

Məlum olub ki, tapılan şəxs hindli ustad olub. Hindistanın Xarqone bölgəsində yaşayan ustad xalq arasında Siyaram Baba kimi tanınır.

Siyarma babanın 100-101 yaşı olduğu təxmin edilir. O, təkcə Hindistandan deyil, həm də xaricdən çoxlu ziyarətçi cəlb edən mühüm din xadimi kimi tanınır.

Sosial şəbəkələrdə onun adına açılmış, videolarını paylaşan saysız-hesabsız hesablar var. Sosial şəbəkələrdə yayılan görüntü onlardan birindən götürülüb.

Seçilən
1
1
medianews.az

2Mənbələr