Dünyanın ən məşhur video paylaşma platformalarından biri olan “YouTube” gecə saatlarında yaranan problemə görə bir çox Y”ouTube” kanalını və hesabını bağladı.

İndex.az xəbər verir ki, elektron poçt vasitəsilə xəbərdarlıq alan istifadəçilər yaranmış vəziyyət qarşısında aciz qalıblar.

“YouTube” böyük platforma olsa da, bəzən problemlər səbəbindən ciddi problemlər yarana bilər. Gecə saatlarında baş verən problemə görə qaydaları pozan bir çox kanal və hesablar bağlanıb.

Hətta heç vaxt video yükləməmiş hesablar da xəbərdarlıqlarla bağlanıb. Bundan əlavə, hesabları bağlanan istifadəçilər “YouTube TV”, “YouTube Premium” və “YouTube Music” kimi platformalara da girişi itiriblər.

“YouTube” problemin fərq edildiyini və dərhal həll olunmağa başladığını açıqladı. Daxil olan e-poçtda hesabların spam səbəbindən bağlandığı bildirilir.