AZ

"Kurikulumu dəyişmək problemli məsələ deyil, amma..."rn 

"Kurikulumu dəyişmək problemli məsələ deyil, rahatdır, amma kifayət etmir. Sözlə əməl eyni olmalıdır". 

Ölkə.Az xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda çıxışı zamanı deyib. O bildirib ki, məktəbdə şagirdlərin öyrəndikləri heç də onların davranışına təsir etmir:

"Tələbə və şagirdlərdən soruşanda ki, iqlim dəyişikliyi nədir. 10 nəfərdən 9-u deyir ki, bununla bağlı biz dərs keçirik, bu mövzular bizdə var. Lakin biz 15 yaşlı şagirdlərdən qlobal ətraf mühit barədə soruşanda deyirlər ki, önəmlidir, aktualdır. Amma sual bu deyil. Soruşanda ki, dünyanın problemləri ilə bağlı nəsə edə bilərsinizmi? Deyirlər ki, bizim edəcəyimiz nəyi dəyişəcək?!

Öyrənmə mühitində də dəyişiklik etməliyik ki, gənclər daha çox passiv sərnişin rolundan prosesin sükanı arxasında olan təşəbbüskar, bilikli şəxslərə çevrilsinlər və başa düşsünlər ki, onlar fərq yarada bilərlər.

Elm əsasında təhsil planetin gələcəyi üçün
ən gözəl invesitisiyalardan biri ola bilər.

"Pisa"da biz dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı tələbələ sual verdikdə İndoneziyada, Qazxıstanda tələbələrin suala cavab verməkdə çətinlik çəkdiyini görürük.

15 yaşlı şagirdlərdən yanan meşələr, istixana qazlarının atmosferdə həcminin artması ilə bağlı sual verəndə görürük ki, məlumatsızdırlar. Gənclərdə birmənalı olaraq inam olmalıdır ki, bəşəriyyət bu problemlərin öhdəsindən gələ bilər. Şagirdlərdə 5 nəfərdən biri arasında nikbin əhval-ruhiyyə var. Gələcəyi dəyişəcəklərinə inananların olması çox önəmlidir.

Gender məsələsində də fərqlər var. Məlum olur ki, qızların iqlimlə bağlı daha real yanaşması var.

Elmi başa düşməyən tələbələr üçün onların nikbinliyi olsa belə bu inamda sadəlövhdürlər və əsaslı şəkildə başa düşümürlər". 

Billurə Yunus

Seçilən
11
olke.az

1Mənbələr