AZ

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin oktyabrın 11-də səfərdə Estoniya, 14-də evdə Slovakiya yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti bəlli olub.

Fanat.Az xəbər verir ki, baş məşqçi Fernandu Santuş siyahıya 24 oyunçu cəlb edib.

1. Mehdi Cənnətov - "Sumqayıt"
2. Rza Cəfərov - "Neftçi"
3. Aydın Bayramov - "Zirə"
4. Bəhlul Mustafazadə - "Qarabağ"
5. Abbas Hüseynov - "Qarabağ"
6. Qismət Alıyev - "Zirə"
7. Rahil Məmmədov - "Radomiak Radom", Polşa
8. Zamiq Əliyev - “Eqnatia”, Albaniya
9. Bədavi Hüseynov - "Qarabağ"
10. Anton Krivotsyuk - "Daejeon Hana Siti", Cənubi Koreya
11. Şəhriyar Əliyev - "Turan Tovuz"
12. Elvin Cəfərquliyev - "Qarabağ"
13. Coşqun Diniyev - "Bandırmaspor", Türkiyə
14. Elvin Camalov - "Sabah"
15. Aleksey İsayev - "Qarabağ"
16. Xəyal Nəcəfov - "Turan Tovuz"
17. Ceyhun Nuriyev - "Zirə"
18. Emin Mahmudov - "Neftçi"
19. Toral Bayramov - "Qarabağ"
20. Ozan Can Kökçü - HJK, Finlandiya
21. Rüstəm Əhmədzadə - "Zirə"
22. Ramil Şeydayev - "Neftçi"
23. Mahir Emreli - "Nürnberq", Almaniya
24. Renat Dadaşov - "Ankaragücü", Türkiyə
 
 Millimiz oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da Neftçi Futbol Mərkəzində məşq keçəcək. Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.
 
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Seçilən
9
12
fanat.az

10Mənbələr