AZ

Qafan rəhbərinin qardaşı həbs edilib

Ermənistanın Politexnik İnstitutunun Qafan filialının keçmiş rektoru Lernik Petrosyanın başı dərddədir. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qeyd edilib ki, "Petrosyan işi"ndə hüquq-mühafizə orqanlarının əməkdaşları tələbələri dindirirlər: "Mənbəmizin verdiyi məlumata görə, dünən Qafanın rəhbəri Qevroq Parsyanın kiçik qardaşı Ovik Parsyan da dindirilir. Bir neçə gün əvvəl Qafan rəhbəri əməkdaşımızla söhbətində bu kimi xəbərləri təkzib edib. Amma onun qardaşının saxlanılması barədə məlumatlar yayılıb.

Bundan başqa deputat Davit Danielyanın yaxın dostu, Qafanda "Soko Vahe" kimi tanınan tələbə Vahe Petrosyan da dindirilməyə çağırılıb. O, tikinti biznesi ilə məşğuldur. Yeri gəlmişkən, onların hər ikisi universitetin qiyabi şöbəsində oxuyurlar. Hər iki tələbə ötən gecə həbs edilib".

Tural

Seçilən
9
news365.az

1Mənbələr