AZ

Şimali Koreyadan Cənubi Koreyaya təhlükə

Şimali Koreya lideri Kim Çen In bildirib ki, Cənubi Koreya ABŞ-la müttəfiqliyinə həddən artıq güvənərək ölkəsinin suverenliyinə qarşı silahlı gücə əl atsa, nüvə silahı da daxil olmaqla, çəkinmədən hər cür hücum alətindən istifadə edəcəklər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin təlim bazasına baxış keçirib.

Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərə görə, Kim burada müşahidələr aparıb və səlahiyyətlilərdən məlumat alıb, Koreya yarımadası və ətrafındakı təhlükəsizlik mühiti ilə bağlı qiymətləndirmələr edib. Cənubi Koreya prezidenti Yoon Suk Yeolun 1 oktyabrda qeyd olunan Silahlı Qüvvələr Günündə "Şimali Koreya rejimini bitirmək üçün blöf etdiyini" ifadə edən Kim, dünyanın bu cür zəif açıqlamalarına güldüyünü bildirib.

Düşmənlərin təhdid dolu ritorika və hərəkətləri ilə Şimali Koreyanın hərbi gücünü və nüvə silah potensialını əlindən ala bilməyəcəyini vurğulayan Kim deyib: “Şimali Koreya nüvə gücünə çevrilmə potensialını və qabiliyyətini geri dönməz şəkildə təmin etdi”.

Cənubi Koreyaya ABŞ-a çox güvənməməsi ilə bağlı xəbərdarlıq edən Kim bildirib: “Əgər ehtiyatsız düşmən bizim dəfələrlə etdiyimiz xəbərdarlıqlara məhəl qoymasa və ABŞ-la müttəfiqliyinə həddən artıq arxalanaraq ölkəmizin suverenliyinə qarşı silahlı gücə əl atsa, Şimali Koreya bundan istifadə edəcək. Nüvə silahı da daxil olmaqla, bütün hücum vasitələrinə çəkinmədən sahibdir".

Kim əlavə edib ki, Şimali Koreyanın hərbi gücünü inkişaf etdirmək düşməni nəzarətdə saxlamaq və ölkəni müdafiə etmək üçün yeganə təminatdır.

Seçilən
12
1
sia.az

10Mənbələr