AZ

Polis Füzulidə əməliyyat keçirdi: Ramil Yusifov saxlanıldı


Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ramil Yusifov saxlanılıb. 

DİN-dən Sitat.imfo-ya verilən məlumata görə, ondan 3 kiloqramdan artıq tiryək,metamfetamin və 100 ədəd metodon həbi aşkarlanıb. R.Yusifov narkotik vasitələri maddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
14
20
sitat.info

10Mənbələr