AZ

Füzulidə əməliyyat: tiryək və metamfetamin aşkarlanıb

Füzulidə

Füzuli rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ramil Yusifov saxlanılıb.

Reyting.az
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları R. Yusifovdan 3 kiloqramdan artıq tiryək, metamfetamin və 100 ədəd metodon həbi aşkarlayıb. R.Yusifov narkotik vasitələri maddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Seçilən
1
20
reyting.az

10Mənbələr