AZ

Bayden İranın neft zavodlarına zərbə ehtimalını yüksək saydı: "Hazırda bunu müzakirə edirik" - "Qara qızıl" sürətlə bahalaşır

ABŞ prezidenti Co Bayden İsrailin İranın neft obyektlərinə hücum etmə ehtimalına "qapını aralayıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Florida ştatına səfərə gedərkən yolüstü jurnalistlərin sualına cavabda deyib.

Jurnalistlərdən birinin "İsrailin İranın neft zavod və obyektlərinə hücumunu dəstəkləyirsinizmi?", - sualına Bayden belə cavab verib: “Hazırda elə bunu müzakirə edirik”.

"Siz İsrailə İrana cavab zərbəsi endirməyə icazə verəcəksiniz?" sualına isə ABŞ lideri süala düzəliş edib: "İlk növbədə deyim ki, biz İsrailə icazə deyil, məsləhət veririk. Bu gün heç nə olmayacaq. Bu barədə sonra danışacağıq".

Samir Musayev

MİA.AZ

Seçilən
16
mia.az

1Mənbələr