AZ

Henrik Ridström: "Qarabağ"ı müdafiəyə oturmağa məcbur edirdik"

"Malmö" Avropa Liqası Liqa fazasının 2-ci turu çərçivəsində Bakıda "Qarabağ"a qalib gəlib – 2:1.

Publika.az xəbər verir ki, İsveç təmsilçisinin baş məşqçisi Henrik Ridström matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, çətin oyun olacaq. Həqiqətən də belə oldu. "Qarabağ" çox güclü, gözəl komandadır. Onların yaxşı oyunçuları var. Elə anlar oldu ki, çox çətinlik çəkdik. Komandamın oyunundan razıyam. Biz qələbəyə layiq idik. Qalib də gəldik.

- "Reyncers"lə oyunla müqayisədə bu dəfə nə fərqli oldu?

- Bu gün daha yaxşı müdafiə olunduq. Topla çox soyuqqanlı hərəkət etdik. Oyunun sonunda rəqib bizi sıxdı. Ona qədər hücumlarımız kəsərli idi, "Qarabağ"ı bir çox hallarda müdafiəyə oturmağa məcbur edirdik.

- Belə olacağını ehtimal edirdiz?

Seçilən
12
6
publika.az

10Mənbələr