AZ

“Qarabağ” ikinci oyununda da məğlub oldu – YENİLƏNİB-4

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçirilən “Qarabağ”-“Malmö” oyunu başa çatdı. Gərgin keçən oynda “Qarabağ” 1:2 məğlub oldu.

xxxx

Oyunun 47-ci dəqiqəsində Erik Botheym dubl edərək özünün və “Malmö”nün ikinci topuna imza ataraq komandasını hesabda önə keçirddi-“Qarabağ”-“Malmö”-1:2

xxxx

“Qarabağ”-“Malmö” oyununda tərəflər fasilyə yollandı. İlk hissədən sonra tərəflər hərəyə bir dəfə fərqlənib-“Qarabağ”-“Malmö”-1:1

Oyunun 19-cu dəqiqəsində Erik Botheym “Malmö”nün bərabərlik topuna imza atdı-“Qarabağ”-“Malmö”-1:1

xxxx

Bu gün futbol üzrə UEFA Avropa Liqasında Liqa mərhələsində II turun oyunlarına start verilib. Təmsilçilərimizdən Ağdamın “Qarabağ” klubu “Tofiq Bəhramov adına Respublika Stadionu”nda İsveçin “Malmö” klubunu qəbul edir. İlk oyunda səfərdə “Tottenhem”ə məğlub olan təmsilçimiz bu oyunda qələbə qazanamaq istəyir. İlk oyunda evdə “Reyncers”ə məğlub olan İsveç təmsilçisi Bakıda ən azı məğlub olmamağa cəhd göstərir.  Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edir.  Matçın baş hakimi Anastasios Papapetrudur. Ona ədaləti təmsil etməkdə həmyerliləri Trifon Petropulos və Yordanis Aptosoqlu kömək edir. Dördüncü hakim funksiyasını Alexandros Tsakalidis yerinə yetirir. VAR-da Angelos Evangeluya Athanasios Tzilos kömək edir. Artıq  oyunun 15-ci dəqiqəsində “Qarabağ” Juninyonun qolu ilə hesabı açdı-“Qarabağ”-“Malmö”-1:0

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasına II təsnifat mərhələsindən qoşulub. Təmsilçimiz ilk olaraq İyulun 23-də səfərdə “Europa point stadium” Cəbəllütariqin “Linkoln” klubunun qonağı olub. Artıq oyunun 45+2-ci dəqiqəsində “Qarabağ” Olavio Juninyonun qolu ilə hesabı açıb-“Linkoln”-“Qarabağ”-0:1. Oyunun 75-ci dəqiqəsində Toral Bayramov “Qarabağ”ın ikinci topuna imza atıb-“Linkoln”-“Qarabağ”-0:2. Bu oyunda vurulan son qol olub və təmsilmiz səfərdən 0:2 hesablı qələbə ilə dönüb.

İyulun 30-da isə təmsilçimiz Bakıda “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Linkoln”u qəbul edib. “Qarabağ” artıq oyunun 17-ci dəqiqəsində Olavio Juninyonun  qolu ilə hesabı açıb-“Qarabağ”-“Linkoln”-1:0(3:0). Oyunun 31 dəqiqəsində Olavio Juninyo “Qarabağ”ın dubl edərək özünün və “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Linkoln”-2:0(4:0).Oyunun 44-cü dəqiqəsində Olavio Juninyo “hett-trik” edərək özünün və “Qarabağ”ın üçüncü topuna imza atıb- “Qarabağ”-“Linkoln”-3:0(5:0). İlk hissə “Qarabağ”ın bu oyunda 3:0 ümumi hesabda isə 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 66-cı dəqiqəsində Yassin Benzia “Qarabağ”ın dördüncü topuna imza atıb-“Qarabağ”-“Linkoln”-4:0(6:0). Oyunun 72-ci dəqiqəsində Leandro Andrade “Qarabağ”ın beşici topuna imza atıb- “Qarabağ”-“Linkoln”-5:0(7:0). Bu oyunda vurulan son qol olub və matçdan 5:0 qalib ayrılan “Qarabağ” ümumi hesabda 7:0 qələbə qazanıb.

Avqustun 6-da “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Ludoqorets”i qəbul edib. Oyunun ilk hissəsi tərəflərdən heç biri fərqlənə bilməyib-“Ludoqorets”-“Qarabağ”-0:0.Oyunun 56-cı  dəqiqəsində “Ludoqorets” Dinis Almediyanın  qolu ilə hesabı açıb-“Qarabağ”-“Ludoqorets”-0:1. Oyunun 65-ci dəqiqəsində “Qarabağ”Olivio Juninyonun qolu ilə hesabı bərabərləşdirib-“Qarabağ”-“Ludoqorets”-1:1. Oyunun 87-ci dəqiqsində Caio Vidal “Ludoqorets”in ikinci topuna imza ataraq yenidən komandasını hesabda önə keçirib-“Qarabağ”-“Ludoqorets”-1:2. “Ludoqorets” azlıqda qaldı. Oyunun 89-cu dəqiqəsində “Ludoqorets” heyətində Caio Vidal ikinci sarı vərəqəmi alaraq meydandan qovulub- “Qarabağ”- “Ludoqorets”-1:2. Bu oyunda yadda qalan hadisə oldu və “Ludoqorets” meydandan 1:2 qalib ayrıldı.

Avqustun 13-də isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Ludoqorets Arena”da “Ludoqerets”in qonağı olub. Artıq oyunun 7-ci dəqiqəsində “Qarabağ” Oliviya Juninyonun qolu ilə hesabı açaraq ümumi hesabı bərabərləşdirib-“Ludoqorets”-“Qarabağ”-0:1(2:2).Oyunun 13-cü dəqiqəsində Kvadvo Duanın “Ludoqorets”in bərabərlik qoluna imza ataraq yenidən ümumi hesabda komandasını irəli çıxardıb-“Ludoqorets”-“Qarabağ”-1:1(3:2). Oyunun 23-cü dəqiqəsində Kvadvo Dua  dubla imza ataraq  özünün və “Ludoqerets”in ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi və ümumi fərqi artırdı-“Ludoqerets”-“Qarabağ”-2:1(4:2). Oyunun 45-ci dəqiqəsində Yassin Benziya penaltidən  “Qarabağ”ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirdi və ümumi hesab arasındakı fərqi azaldıb-“Ludoqerets”-“Qarabağ”-2:2(4:3).Oyunun 45+2-ci dəqiqəsində Leandro Andrade “Qarabağ”ın üçüncü topuna imza ataraq komandamızı ümumi hesabda irəli keçirdərək yenidən ümumi hesabı bərabərləşdirib-“Ludoqerets”-“Qarabağ”-2:3(4:4). İlk hissə “Qarabağ”ın 2:3 qələbəsi ilə başa çatsada ümumi hesab 4:4 olaraq bərabər bitti. Oyunun ikinci hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib beləcə 2:3 hesablı “Qarabağ”ın üstünlüyü ümumi hesabın bərabər olmasına səbəb olub. Beləcə tərəflər qalibin adını müəyyənləşdirmək üçün daha 30 dəqiqə mübarizə aparmağa məcbur olub. Oyunun 93-cü dəqiqəsində Toral Bayramov  “Qarabağ”ın dördüncü topuna imza ataraq komandasını ümumi hesabda önə keçirib-“Ludoqerets”-“Qarabağ”-2:4(4:5). İlk hissə “Qarabağ”ın 2:4 ümumilikdə 4:5 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun 111-ci dəqiqəsində Redon Cica “Qarabağ”ın beşinci topuna imza atıb-“Ludoqerets”-“Qarabağ”-2:5(4:6). Oyunun 112-ci dəqiqəsində Patrik Andrade dubla imza ataraq özünün ikinci  “Qarabağ”ın altıncı topuna imza atıb-“Ludoqerets”-“Qarabağ”-2:6(4:7). Oyunun 118-ci dəqiqəsində Yassin Benziya  dubla imza ataraq özünün ikinci  “Qarabağ”ın yeddinci topuna imza atıb-“Ludoqerets”-“Qarabağ”-2:7(4:8). Bu oyunda vurulan son qol olub və matçdan 2:7 qalib ayrılan “Qarabağ” ümumi hesabda 4:8 qalib gələrək adını pley-off mərhələsinə yazdırıb.

Avqustun 20-də isə təmsilçimiz  UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşması çərçivəsində Zaqrebdə “Maksimir” stadionunda Xorvatiyanın Zaqreb “Dinamo”sunun qonağı olub. Artıq oyunun 29-cu dəqiqəsində “Dinamo” Marko Pyatsa qolu ilə hesabı açıb-“Dinamo”-“Qarabağ”-1:0. İlk hissə “Dinamo”nun xeyrinə başa çatıb. Oyunun 75-ci  dəqiqəsində Sandro Kulenoviç “Dinamo”nun ikinci topuna imza atıb-“Dinamo”-“Qarabağ”-0:2. Oyunun 80-ci dəqiqəsindən sonra Sandro Kulenoviç “Dinamo”nun üçüncü topun imza atıb-“Dinamo”-“Qarabağ”-0:3. Bu oyunda son qol oldu və “Qarabağ” matçdan 3:0 məğlub ayrıldı.

Avqustun 28-də isə “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda Xorvatiyanın “Dinamo”(Zaqreb) klubunu qəbul edib. Artıq oyunun 32-ci dəqiqəsində “Dinamo”(Zaqreb) Marko Pyasanın qolu ilə  hesabı açaraq ümumi hesabı bir qədərdə artırıb-“Qarabağ”-“Dinamo”(Zaqreb)-0:1(0:4). İlk hissə “Dinamo”nun (Zaqreb) 0:1 ümulikdə isə 0:4 xeyrinə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Mateus Silva  “Dinamo”nun ikinci topuna imza ataraq ümumi hesabı bir qədərdə artırıb-“Qarabağ”-“Dinamo”(Zaqreb)-0:2(0:5). Bu oyunda vurulan son qol olub və bu oyunda 0:2 məğlub olan “Qarabağ” ümumi hesabda 0:5 məğlub olaraq UEFA Çempionlar Liqası ilə vidalaşıb.

Sentyabrın 26-da  “Qarabağ” səfərdə Londonda “Tottenhem Hotspur” stadionunda İngiltərənin “Tottenhem” klubunun qonağı olub. Artıq oyunun 8-ci dəqiqəsində “Tottenhem” meydanda  azlıqda qalıb. Komadanın heyətində Radu Drequşin qırmızı vərəqə alaraq meydandan qovulub-“Tottenhem”-“Qarabağ”-0:0. Ancaq təmsilçimiz bu üstünlükdən qəti olaraq istifadə edə bilməyib. Oyunun 12-ci dəqiqəsində “Tottenhem” Brennan Conson qolu ilə hesabı açıb-“Tottenhem”-“Qarabağ”-1:0. İlk hissə London təmsilçisinin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 52-ci dəqiqəsində Pap Matar Sarr “Tottenhem”in ikinci topuna imza atıb-“Tottenhem”-“Qarabağ”-2:0.Oyunun 68-ci dəqiqəsində Dominik Solanke “Tottenhem”in üçüncü topuna imza atıb-“Tottenhem”-“Qarabağ”-3:0. Bu oyunda son qol olub və “Qarabağ” matçdan 3:0 məğlub ayrılıb.

DOĞRU.AZ

Seçilən
6
1
dogru.az

2Mənbələr