AZ

AL: "Qarabağ" "Malmö"yə uduzdu

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin II turu çərçivəsində "Qarabağ" növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda doğma meydanda İsveçin "Malmö" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada hesabı "Qarabağ" açsa da, təmsilçimiz üstünlüyünü qoruya bilməyərək uduzub. 

"Qarabağ" III turda oktyabrın 24-də Niderlandın "Ayaks" komandasını qəbul edəcək.

UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr

"Qarabağ" – "Malmö" (İsveç) 1:2 

Qollar: Juninyo, 15 - Botheym, 19, 47. 

Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, Yordanis Aptosoqlu, Aleksandros Tsakalidis.
Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 97. Fabiyan Buntiç, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo

Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 8. Marko Yankoviç, 11. Emmanuel Adday, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov

"Malmö": 27. Yohan Dahlin, 25. Qabriel Busanello, 19. Kolin Rösler, 18. Pontus Yansson, 17. Yens Striger, 16. Oliver Berq, 23. Lasee Berq Yonsen, 8. Serxio Pena, 10. Anders Kristiansen (k), 20. Erik Botheym, 9. İsak Kies Telin. 

Ehtiyat oyunçular: 1. Rikardo Fridrix, 30. Yoakim Persson, 4. Soren Rieks, 7. Otto Rozenqren, 13. Martin Olsson, 14. Sebastyan Yorgensen, 22. Taha Ali, 32. Daniel Qudyonsen, 34. Zakaria Lukili, 35. Nils Zattersrom, 37. Adrian Skoqmar, 36. Huqo Bolin.

Baş məşqçi: Henrik Ridström

Seçilən
1
6
fanat.az

10Mənbələr