AZ

Avropa Liqası: “Qarabağ” “Malmö”yə məğlub olub - YENİLƏNİB-6

Bakı, 3 oktyabr, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb. Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb. “Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın 48-ci dəqiqəsində rəqibin heyətində Erik Botheym dublunu rəsmiləşdirib. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.

21:46

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın ilk yarısından sonra hesab bərabərdir - 1:1. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.

21:33

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıblar. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.

21:09

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın 19-cu dəqiqəsində rəqibin heyətində Erik Boteyim fərqlənib. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.

21:07

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın 15-ci dəqiqəsində Olavio Juninyo komandasını önə keçirib. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.

20:45

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı start götürüb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma 20:45-də başlayıb. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.

Seçilən
21
5
azertag.az

10Mənbələr