AZ

Avropa Liqası: “Qarabağ”dan ikinci məğlubiyyət

“Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda “Malmö”nü qəbul edib.

Msport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb. Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb.

“Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

Seçilən
12
5
msport.az

10Mənbələr