FIFA 3-cü transfer pəncərəsi açmağı planlaşdırır.
Bəzi klublar Klublararası Dünya Kubokundan öncə heyətlərinə futbolçular cəlb edə biləcək. Bu, həmin turnirdə iştirak edəcək klublar üçün istisna transfer pəncərəsi olacaq. Müddət isə 2025-ci ilin 1-10 iyun aralığı nəzərdə tutulub.
Qeyd edək ki, FIFA Klublararası Dünya Kuboku 2025-ci il 15 iyundan 15 iyula qədər oynanılacaq. \\Offsideplus.az