AZ

“Atletiko” Madrid derbisindəki qalmaqala görə cəzalandırıldı

“Atletiko” La Liqanın 8-ci turunun “Real”la ev oyununda (1:1), Madrid derbisi zamanı “Metropolitano”dakı qalmaqla görə cəzalandırılıb.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, oyunun gedişində, 68-ci dəqiqədə meydan “Atletiko” azarkeşlərinin “Real”ın belçikalı qapıçısı Tibo Kurtuaya müxtəlif əşyalar atması və qapıçının bu əşyaları baş hakimə göstərməsi ilə oyunda 20 dəqiqəlik fasilə yaşanıb. Hakim baş vermiş hadisəni sənədləşdirib, vəziyyət sabitləşdikdən sonra isə oyunu bərpa edib.

İndi “Atletiko” 45 min avro məbləğində cərimə ödəməli, həmçinin “döşəkçilər”in ifrat azarkeşlərinin yer aldığı “Metropolitano” stadionunun cənub tribunasını qismən bağlamalı olacaq. Tribunalarla bağlı qadağa “Leqanes”, “Las Palmas” və “Alaves”lə oyun da daxil olmaqla, növbəti üç oyuna şamil edilib.

Nizam-intizam komitənin qərarında hadisələrin “xüsusilə ciddi” olduğu qeyd edilib. Komissiya “Atletiko”nun “ciddi hadisələrin qarşısını almaq üçün kifayət qədər tədbirlər görmədiyini” müəyyən edib və bu qalmaqala cavabdehlərin müəyyən edilməsi üçün tədbirlərin “iştirak edən bütün azarkeşləri tam müəyyən etmək üçün kifayət olmadığı” haqda qənaətə gəlib.

Vurğulanır ki, “Atletiko”nun müvafiq qərardan apellyasiya şikayəti ünvanlamaq üçün 10 gün vaxtı var.

Seçilən
17
arena.az

1Mənbələr