AZ

Britaniya və Amerika təyyarələri Qara dəniz üzərində kəşfiyyat aparır

Böyük Britaniyanın “Boeing RC-135W Rivet Joint” kəşfiyyat təyyarəsi və Amerikanın “Boeing P-8A Poseidon” kəşfiyyat təyyarəsi Qara dəniz üzərində səmada qeydə alınıb.

Bu barədə"Flightradar" məlumat yayıb.

Portalın məlumatına görə, Britaniya təyyarəsi Rumıniyanın Konstansa hava limanından Bakı vaxtı ilə saat 12:15-də havaya qalxıb və Qara dənizin qərb hissəsində uçuşu başa çatıb.

Amerikanın kəşfiyyat təyyarəsi Şimali Atlantika Alyansının (NATO) Krit adasında yerləşən hərbi-dəniz bazasından havaya qalxaraq Qara dəniz sahilləri ilə bir neçə dəfə uçub.

Seçilən
28
aznews.az

1Mənbələr