AZ

"Emirates" İordaniya, İraq və İrana uçuşları ləğv edib

Dubayda yerləşən “Emirates” aviaşirkəti regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar İran, İraq və İordaniyaya uçuşları ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"Emirates" aviaşirkəti Dubaydan Əmman, Bağdad, Bəsrə və Tehrana bütün reysləri, həmçinin oktyabrın 4-ü və 5-də geri qayıdış reyslərini ləğv edib. Söhbət 4 və 5 oktyabrda baş tutacaq bütün uçuşlardan gedir.

Müştərilər İraq, İran və İordaniyadakı son məntəqələrlə Dubaydan tranzit keçirlər. Sonrakı xəbərdarlığa qədər onların gediş nöqtəsində təyyarəyə minmələrinə isə icazə verilməyəcək.

 

Gözəl Həşimova

Seçilən
17
iqtisadiyyat.az

1Mənbələr