AZ

"Bilirəm ki, komandanın çıxışı azarkeşlərin ürəyincə deyil" - "Kəpəz"in yeni legioneri

"Kəpəz"in yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə verib.

Fanat.Az-ın məlumatına görə, malili yarımmüdafiəçi belə danışıb:

"Karyeramda yeni dönəm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Bilirəm ki, komandanın çıxışı azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq. Türkiyə ilə Azərbaycan futbolu arasında fərq var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə səy göstərirlər. Hər halda, ilk baxışdan belə görünür. Türkiyədə isə fərqlidir. Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".

Qeyd edək ki, 25 yaşlı Mahamadu karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor"da oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

Seçilən
7
6
fanat.az

10Mənbələr