AZ

"Türkiyə ilə Azərbaycan futbolu arasında fərq var" - Mahamadu Ba

style='margin-bottom:10px;'>

“Kəpəz”in yeni transferi Mahamadu Ba kluba keçidi ilə bağlı fikirlərini bölüşüb.

QOL.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı malili yarımmüdafiəçi deyib: "Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. 

Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Komandanın çıxışı bilirəm ki, azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq. Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə səy göstərirlər. İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdür. Superliqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".

Qeyd edək ki, Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb. Onun son klubu "Adana Dəmirspor" olub. Mahamadu Ba “Kəpəz”ə azad agent kimi keçərək mövsümün sonuna qədər müqavilə imzalayıb.

Seçilən
2
6
teleqraf.com

10Mənbələr