AZ

Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb

Tərtər sakininin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də Tərtər rayonu ərazisində 1974-cü il təvəllüdlü Yaşar Abdullayevin almış olduğu xəsarət səbəbindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1994-cü il təvəllüdlü İnqilab Qayıbovun sentyabrın 27-də aralarında yaranmış mübahisə zamanı Yaşar Abdullayevə üz nahiyəsindən yumruqla xəsarət yetirməsi, sonuncunun zərbənin təsirindən yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İnqilab Qayıbov iş üzrə şübhəli şəxs qismində tutulub.
Seçilən
10
25
7news.az

10Mənbələr