AZ

Mahamadu Ba: "Karyeramda yeni bölüm başlayır"

"Kəpəx"in yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, malili futbolçu "Kəpəz"ə keçidi ilə bağlı fikirlərini bölüşüb:

"Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Komandanın çıxışı bilirəm ki, azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq. Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə səy göstərirlər. İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdür. Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".

Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor"da oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

Vüsal İsgəndərli: "İlk hədəfim milli komandadır" - Müsahibə

Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"

"Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama

AFFA-dan 4 kluba cəza

AFFA-da görüş keçirilib

Seçilən
4
6
apasport.az

10Mənbələr