AZ

“Sabah”ın inzibatçısına 6 oyunluq cəza, “Zirvə”yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasının “Sabah” FK – “Qarabağ” FK oyununda “Sabah” komandasının inzibatçısı Aslan Surxayzadə rəqibi vurduğuna görə 3 oyun şərti olmaqla 6 oyun cəzalandırılıb.

U-12 Liqasının “Sabah” FK – “Zirvə” FK oyunu “Zirvə” FK komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Zirvə” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Seçilən
14
rekord.az

1Mənbələr