AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Gənclər Liqasının “Sabah” FK – “Qarabağ” FK oyununda “Sabah” komandasının inzibatçısı Aslan Surxayzadə rəqibi vurduğuna görə 3 oyun şərti olmaqla 6 oyun cəzalandırılıb.
U-12 Liqasının “Sabah” FK – “Zirvə” FK oyunu “Zirvə” FK komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Zirvə” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.