AZ

Ərdoğan Rusiyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Kazanda keçiriləcək BRİKS sammitində iştirakı rəsmən təsdiqlənib.

Turkustan.az INTERFAX.RU – ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyaxarici işlər nazirinin müavini Sergey Ryabkov mətbuat konfransında bildirib:

“Prezident Ərdoğan BRİKS-in sammitində iştirakını təsdiqləyib. Ona görə də Türkiyə lideri ilə Kazanda Ukrayna mövzusu ən yüksək səviyyədə aparılacaq”. Türkiyənin BRİKS-ə qoşulmaq üçün müraciətinə gəlincə, Ryabkov vurğulayıb ki,bütün qərarlar konsensus əsasında verilir: “Biz BRİKS ilə qarşılıqlı əlaqə qurmaqda maraqlı olan bütün digər dövlətlər kimi Türkiyənin də bu assosiasiyaya yaxınlaşmaq istəyinə hörmətlə yanaşırıq”.Diplomat daha sonra əlavə edib ki, qarşıdan gələn sammitdə iştirakla bağlı təsdiqlər üçdən çox dövlətdən, o cümlədən Aİİ və MDB-dəki ən yaxın qonşularımız və tərəfdaşlarımızdan daxil olub: “Bundan əlavə, biz regional təşkilatların və müvafiq icra strukturlarının rəhbərlərinin Kazana gələcəyini gözləyirik” – deyəSergey Ryabkovəlavə edib.

Xatırladaq ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək RusiyanınKazan şəhərində keçiriləcək. /konkret.az/

Seçilən
10
1
turkustan.az

2Mənbələr