AZ

Türkiyədə aviabiletlər ucuzlaşıb, yumurta bahalaşıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) inflyasiya xəbərləri bülletenindəki cədvəllərdə dəyişiklik edib. Cədvəllərə siyahıda olan məhsulların aylıq dəyişmələri ilə yanaşı, illik dəyişmə dərəcələri də daxil edilib.

Qaynarinfo xəbər verir ki, bülletendəki yeni dəyişiklərə əsasən, ötən ay ən yüksək qiymət artımı 50,4 faizlə tələbə yataqxanalarında qeydə alınıb. 

İkinci ən yüksək qiymət artımı isə yumurtanın alışında müşahidə edilib. Sentyabr ayında ən yüksək qiymət artımı qeydə alınan digər məhsullar arasında 23,86 faizlə uşaq bağçaları, 18,65 faizlə təzə balıq, 12,74 faizlə avtobusla daxili sərnişin daşımaları olub.

Keçən ay ən böyük qiymət azalması 4,31 faizlə şəxsi aksesuarlarda müşahidə olunub. Bunu 3,93 faizlə mobil telefonlar, onun avadanlıq və aksesuarları, 3,67 faizlə səhər yeməyi məhsulları, 3,36 faizlə daxili hava nəqliyyatı ilə sərnişin daşımaları izləyib.

Aydın

Seçilən
3
9
qaynarinfo.az

10Mənbələr