AZ

Türkiyədə inflyasiya 50 faizdən aşağı düşüb

Türkiyə Statistika Təşkilatı (TÜİK) sentyabr ayı inflyasiya məlumatlarını açıqlayıb.

Marja xəbər verir ki, məlumatlar ölkədə illik inflyasiyanın 50 faizdən aşağı düşdüyünü göstəririb. Beləliklə, illik inflyasiya son üç ildə ilk dəfə olaraq Mərkəzi Bankın pul siyasəti faizindən (hazırda 50%) aşağı düşüb.

TÜİK-in məlumatına görə, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə 49,38 faiz artıb. Sentyabrda aylıq inflyasiya isə 2,97 faiz olub (avqust ayı ilə müqayisədə sentyabrda qiymət artımı 2,97 faiz təşkil edib).

İllik baza inflyasiyada yavaşlama sentyabr ayında da davam edib. İllik baza inflyasiya 49,10%, aylıq baza inflyasiyası 3,57 faiz təşkil edib.

İstehsalçı qiymətləri indeksinin artımı da ötən ayla müqayisədə yavaşlayıb. İstehsalçı qiymətlərində illik artım sentyabrda 33,09 faizə geriləyib. Eyni dövrdə aylıq istehsalçı inflyasiyası 1,37 faiz olub.

Seçilən
3
9
marja.az

10Mənbələr