AZ

İran İsrailin “F-35” təyyarələrini vurub? - Fotolar

İran

İranın artıq ikinci dəfə birbaşa İsrail ərazisini vurduğu hücumda rəsmi Tel-Əviv bəzi raketlərin hərbi bazalara düşdüyünü etiraf edib.

Reyting.az
xəbər verir ki, İranın atdığı 181 ballistik raket sirenlərin işə düşməsinə və İsraildə insanların sıxınacaqlarda daldalanmasına səbəb olub.

Partlayış səslərinin dəqiqələrlə davam etdiyi və sosial mediada paylaşılan videolarda bəzi raketlərin hava hücumundan müdafiə sistemlərindən keçərək İsraili vurduğu açıq şəkildə görünüb. Oktyabrın 2-si gündüz saatlarında İsrail ordusu bəzi raketlərin hərbi bazalar düşdüyünü etiraf edib.

İran İsraildəki üç strateji hava bazasını hədəf aldığını açıqlasa da, peyk şirkəti “Planet Lab” tərəfindən yayımlanan fotoşəkillər ən qabaqcıl döyüş təyyarələrinə ev sahibliyi edən Nevatimin vurulduğunu göstərir. İsrailin cənub hissəsində yerləşən Nevatim ordunun əsas hava bazalarından biridir və buradan Amerika istehsalı olan “F-35” təyyarələri saxlanılır.

AP xəbər agentliyinin təqdim etdiyi kadrlarda Nevatim bazasındakı binaların damlarında raketlərin açdığı böyük dəliklər aydın görünür. Əsas uçuş-enmə zolağına yaxın binalara dəyən ziyan və ətrafa səpələnmiş dağıntılar gözə çarpır. AP yazır ki, İsrail hərbçiləri peyk fotoşəkilləri ilə bağlı şərh tələbini rədd edib.





ELÇİN
Seçilən
17
reyting.az

1Mənbələr