AZ

Yazıçı Elçin Hüseynbəyli ilə imza günü təşkil olunacaq

QHT.az xəbər verir ki, 5 oktyabr 2024-cü il tarixində saat 12:00-da tanınmış yazıçı Elçin Hüseynbəyli ilə imza günü keçiriləcək. Tədbir çərçivəsində müəllifin müxtəlif əsərləri, o cümlədən “Şah Abbas”“Pəriyan” romanları, həmçinin uşaqlar üçün “Banuçiyanın nağılları”“Dənizin nağılları” kimi sevilən nağıl kitabları təqdim olunacaq. Yazıçının digər məşhur əsərləri, "Ağ Qara," "Balıq Adam," "Metro Vadisi," "Aişə," "Yovşan Qağayılar" kimi kitabları da oxucuların ixtiyarına veriləcək.

İmza günü Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş Elçin Hüseynbəyli ilə birbaşa görüşmək və əsərlərini imzalatmaq üçün gözəl bir fürsət olacaq. Oxucular, müəllifin yaradıcılığı ilə daha yaxından tanış olmaqla yanaşı, onun yeni əsərləri haqqında məlumat əldə edə bilərlər.

Tədbirə bütün kitabsevərlər dəvətlidir!

 

Seçilən
24
qht.az

1Mənbələr