AZ

"Martines inanılmaz seyvlər etdi" - Unai Emeri

Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Bayern Münhen"i 1:0 hesabı ilə məğlub edən "Aston Villa"nın baş məşqçisi Unai Emeri qələbə barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "TNT Sports" onun sözlərini belə çatdırıb:

"Avropada müntəzəm çıxış etmək üçün sabit olmaq istəyirik. Çox yaxşı mübarizə apardıq və qələbə qazandıq. Ola bilsin ki, ilk "8-liy"ə düşə bildik. 

Belə komandalarla matçlarda uğur qazanmaq üçün çox güclü olmaq lazımdır. Qapıçımız Martines möhtəşəm çıxışla yadda qaldı. O, inanılmaz seyvlər etdi. Hücumçularımız da çox yaxşı performans sərgilədilər".

Nihat

Seçilən
9
fanat.az

1Mənbələr