AZ

"Qarabağ" - "Malmö": oyuna neçə min azarkeş gələcək?

Avropa Liqasının liqa mərhələsinin 2-ci turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa satılan son bilet sayı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, artıq görüş üçün 24 min bilet satılıb.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150manat təşkil edir.

VVİP C və VVİP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdı.

Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Seçilən
7
36
football-plus.az

10Mənbələr