"Beşiktaş"ın Avropa Liqasındakı oyununa azarkeş qadağası qoyulub.

Offsideplus.az xəbər verir ki, 24 oktyabr tarixində Fransada baş tutacaq "Lion" - "Beşiktaş" matçına İstanbul təmsilçisinin tərəfdarları buraxılmayacaq. Bu barədə fransız mediasında "RMC Sport" məlumat yayıb.

Həmçinin, şəhər ərazisində "qartallar"ın fanatlarının mərkəzi yerlərdə, stansiyalarda, stadionun yaxınlığında toplaşması qadağan edilib.

Qeyd edək ki, "ağ - qaralar"daha öncə 2016/17 mövsümündə də eyni klubla üz-üzə gəlib və azarkeşlər arasında yaşanan gərginliyə görə matçın başlama vaxtı 45 dəqiqə gecikmişdi.