AZ

"Sabah" rəsmisi və "Qarabağ"ın məşqçiləri cəzalandırılıb

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi "Sabah"ın inzibatçısı Aslan Surxayzadə barədə cəza qərarı verib.

QOL.az xəbər verir ki, bu gün İntizam Komitəsinin iclası keçirilib. İclasda "Sabah"ın rəsmisi barədə də cəza tədbiri görülüb.

Qərarda qeyd edilib ki, Gənclər Liqasında keçirilən "Sabah" - "Qarabağ" görüşündə A.Surxayzadə rəqibi vurduğuna görə 3 oyun şərti olmaqla 6 oyun cəzalandırılıb.

Bundan başqa, qərarda bildirilir ki, həmin oyunda “Qarabağ”ın köməkçi məşqçisi Məhəmməd Bədəlbəyli və fiziki hazırlıq üzrə məşqçisi Səid Hacıyev 90+3-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz edib qırmızı vərəqə aldıqlarına görə hər biri 2 oyunluq cəzalandırılıb.

Seçilən
8
2
teleqraf.com

3Mənbələr