AZ

Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır



Bu gün mən böyük qürur hissi  bildirirəm ki, 2020-ci ilin bu günü – 4 oktyabr tarixində 30 illik həsrətə son qoyulmuş, Cəbrayıl şəhəri yağı tapdağından azad olunmuşdur. Müzəffər Ordumuz, polad iradəli xalqımız və Ali Baş Komandanın vəhdəti ilə başlayan uzun, mübarizəli yol bizim Böyük Zəfərimizlə başa çatmışdır. Azərbaycan Silahlı Qüvvələrinin 2020- ci il sentyabrın 27- də başladığı əks-hücum nəticəsində aparılan böyük hərbi əməliyyatları  ilə oktyabrın 4- də Cəbrayıl şəhəri erməni işğalından azad olundu. 

Xudafərin körpüsündə bayrağımızın ucaldılması tariximizə qızıl hərflərlə yazılmış şanlı hadisələrdən biridir. Xudafərin körpüsü xalqımızın qədim irsinin və birliyinin təmsili kimi öz mədəni əhəmiyyətini həmişə qoruyub saxlamışdır. XI-XII əsrlərə aid edilən Xudafərin körpüsü tarixən coğrafi və strateji mövqeyi ilə seçilib. Bu körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Bu körpü Azərbaycanın bir çox dünya ölkələri ilə Yaxın və Orta Şərq ölkələri, Qərbi Avropa ölkələri və Rusiya ilə iqtisadi, mədəni əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb. Qədim İpək Yolu üzərində mühüm ticarət yolu kimi xidmət edən tarixi əsərdir. Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan Xudafərin körpüsü düşmən vəhşiliklərinə baxmayaraq bu gün də öz mövcudluğunu qorumaqdadır. Bu memarlıq möcüzəsi iki ayrı körpüdən ibarətdir. Onlardan "Baş Xudafərin körpüsü" adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Körpülər Azərbaycan və İran arasında təbii sərhədi təşkil edən Araz çayı üzərindən keçir. Əsrlər boyu bu çay və onu kəsən körpülər sivilizasiyalar arasında mədəni, iqtisadi və siyasi mübadilələrin mərkəz nöqtəsi olmuşdur. Onlar Azərbaycanın zəngin irsini təcəssüm etdirir, onun Şərqlə Qərbin kəsişmə nöqtəsi rolunu, eləcə də tarix boyu çoxsaylı işğallar və siyasi dəyişikliklər qarşısında dayanıqlığını simvollaşdırır.

Bu gün Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə tezliklə yeni işıqlı həyat başlanacaq.

Raifə Musayeva,
YAP Gədəbəy rayon təşkilatının fəalı



Seçilən
7
2
aia.az

3Mənbələr