AZ

Röya Ayxanın illər əvvəlki mahnısı Türkiyədə trend oldu

Xalq artisti Röya Ayxanın illər əvvəl sevənlərinə təqdim etdiyi "Həsrət nəğməsi" Türkiyədə trend olub.

Demokrat.az BAKU.WS-a istinadla xəbər verir ki, sənətçinin həmkarı Tunar Rəhmanoğlu ilə ifa etdiyi duet qardaş ölkənin Tiktok platforması seqmentində viral olub. Adi vətəndaşlar o cümlədən blogerlər Röya Ayxanın "Həsrət nəğməsi" fonunda videolar çəkərək sosial şəbəkədə paylaşıblar.

Xatırladaq ki, "Həsrət nəğməsi"nin sözləri Vüqar Əbdülova, musiqisi isə Rəşad Bağırova aiddir.

Seçilən
7
1
demokrat.az

2Mənbələr