AZ

“Vergi və hesabatlılıq” işçi qrupunun iclasında qarşıda duran başlıca hədəflər müəyyən edilib

Bakı. Trend:

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanınİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliketdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclasıkeçirilib. Tədbirdə Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi,Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmətvə Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası,eləcə də işçi qrupa daxil olan konsaltinq şirkətlərininnümayəndələri və sahibkarlar iştirak ediblər.

Trend xəbərverir ki, işçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəismüaviniİlkin Vəliyev Dünya Bankı tərəfindən təqdim olunan“BusinessReady” hesabatının müvafiq “Vergitutma” indikatoru üzrəhəyata keçirilən işlər, həmçinin iclasın gündəliyində olan digərməsələlər barədə məlumat verib.

Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan RespublikasıPrezidentinin Administrasiyasının İqtisadi siyasət və sənayeməsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Yol Xəritəsiüzrə vergitutma sahəsində həyata keçirilən işlərin əhəmiyyətinivurğulayıb, biznes sektorunun aparılan islahatlar, yeniliklər,həmçinin vergi qanunvericiliyində və inzibatçılığında mövcudimkanlar barədə daha intensiv məlumatlandırılmasının zəruriliyinidiqqətə çatdırıb.

İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədətəkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair2024-cü il üzrə Yol Xəritəsinin 1-ci yarımillik ərzində görülmüşişlər, habelə ondan sonrakı dövrdə görülən işlər barədə təqdimatedilib. Qeyd olunub ki, vergi qanunvericiliyinə hazırlanan yenidəyişikliklərlə bağlı dövlət və özəl sektorla, həmçinin bu sahədəçalışan konsaltinq şirkətləri ilə görüşlər keçirilir.

İclasda ƏDV depozit hesabından dövlət büdcəsinə köçürmələrinreqlamenti də müzakirə edilib. Konsaltinq şirkətlərinin məsələ iləbağlı yanaşmaları dinlənilib, habelə üzləşdikləri əsas məqamlaraətraflı izahat verilib.

İşçi Qrupun rəhbərinin müavini, Dövlət Vergi Xidmətinin Vergisiyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinəgözlənilən dəyişikliklərin əsas istiqamətləri barədə iclasiştirakçılarını məlumatlandırıb, habelə “Naxçıvan MuxtarRespublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illərüçün Dövlət Proqramı”ndan irəli gələn və bu bölgədə tətbiqi nəzərdətutulan vergi təşviqləri barədə məlumat verib.

İclasda işçi qrupun üzvləri və konsaltinq şirkətlərininnümayəndələri onları maraqlandıran məsələlərlə bağlı suallarünvanlayıblar. Qaldırılan məsələlər barədə izahat verilib, bir sıratəkliflər baxılmaq üçün qeydə alınıb.

Bununla yanaşı, iclasda 2024-cü il üzrə Yol Xəritəsininhədəfləri ilə bağlı nəzərdə tutulan işlər müzakirə olunub. İşçiqrup ilin sonunadək Yol Xəritəsi üzrə qarşıda duran hədəflərimüəyyən edib, tədbirlərin icrası istiqamətində işlərinsürətləndirilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiqstrukturlarına tapşırıqlar verilib.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın“Vergi və hesabatlılıq” işçi qrupuna rəhbərliyi DövlətVergi Xidməti həyata keçirir.

Məqalədə:
Seçilən
12
8
az.trend.az

9Mənbələr