AZ

İsraili ABŞ-ı dilə tutur: Molla rejiminin sonu yaxınlaşır?

Bütün gözlər İranın son raket hücumundan sonra İsrailin reaksiyasına yönəldiyi bu dövrdə, Təl-Əviv rəhbərliyi ABŞ-ı molla rejimini devirməyə razı salmağa çalışır. Ekspertlər qarşıdakı bir neçə günün çox kritik olduğunu, ABŞ-ın noyabrda keçiriləcək prezident seçkiləri öncəsi İsraili cilovlamağa çalışdığını vurğulayırlar.

Publika.az xəbər verir ki, bu barədə "Haber Global Web Özəl”ə açıqlama verən istefada olan türkiyəli Baş Qərargah Polkovniki Ünal Atabay yaxın günlərdə baş verə biləcək böhranlarla bağlı qiymətləndirmələr edib.

O, açıqlamasında jurnalistin “İran tələyə düşürmü?” sualını cavablandırıb:

"İsrailə İranı tələyə salmağa ehtiyac yoxdur. İsrail döyüşmək istəsə, hava əməliyyatları keçirəcək, nüvə obyektlərini hədəfə alacaq və İranı müharibəyə çəkəcək. Lakin bu mərhələdə İsrail regional məqsədlərinə çatmaq üçün yaxın ətrafındakı ölkələri, xüsusilə Fələstin, Livan və Suriyanı nəzarətə götürmək istəyəcək. Belə olduğu halda, İranı bu xaosa sürükləmək istəmirlər. İran indiki mərhələdə İsrail üçün böyük, lakin erkən hədəfdir. İsrail ilk növbədə yaxın ətrafının təhlükəsizliyini təmin edəcək”.

Atabəy İsrailin Livandakı hərbi məqsədlərinə qısa müddətdə nail olub-olmayacağı ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Qəzza Livanla müqayisədə dar bir ərazidir. İsrailə qarşı əsas maneə "Hizbullah"dır. Həmçinin çox sayda müxtəlif strukturlar da var. Livandakı bu vəziyyət İsrail üçün nəzarəti çətinləşdirir. Lakin İsrailin bu məsələdə üstünlüyü var. O, bu qrupların keçmiş düşmənçiliklərini yenidən alovlandıraraq ölkədaxili xaos yaradacaq. Bununla da vətəndaş müharibəsi baş verə bilər”.

Seçilən
7
publika.az

1Mənbələr