AZ

Lukaşenko Bakıda keçiriləcək COP29-da iştirak edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Mənbənin məlumatına görə, bu barədə o, Azərbaycanın Baş Naziri Əli Əsədovla görüşündə bildirib.

Baş nazir Azərbaycan Prezidenti adından bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransında iştirak etmək üçün Aleksandr Lukaşenkoya dəvəti təzələyib.

Lukaşenko Azərbaycanla münasibətlərə dair: Biz üçüncü ölkələrə qarşı dost deyilik, amma hər şeyi xalqlarımız adına edirik

“Əgər İlham deyirsə, deməli olacağıq”, – deyə Belarus Prezidenti deyib.

“Biz sizin şəxsi iştirakınıza xüsusi önəm veririk ki, bu da bu konfransa xüsusi status verəcək”, – deyə Əli Əsədov vurğulayıb.

Seçilən
32
26
veteninfo.az

10Mənbələr