AZ

"Toplum TV" üzrə saxlanılan şəxslərin həbs müddəti daha 3 ay uzadılıb

Xətai Rayon Məhkəməsində "Toplum TV" işi üzrə saxlanılan Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin həbs qətimkan tədbiri daha üç ay uzadılıb. 
 
Bu ilin martın 6-da  "Toplum TV”nin ofisində axtarış aparılıb.

Toplum Tv işi üzrə həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Bundan əvvəl "Toplum TV" işi üzrə həbs olunan Əli Zeynalov, Ramil Babayev və İlkin Əmrahov barələrində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.
 
Həbs olunan şəxslər  Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub.
 
Aytac Zeynalova


www.anews.az
Seçilən
23
anews.az

1Mənbələr