AZ

"Azərbaycan riyaziyyatçıları" - Professor Sabir Mirzəyev

Mirzəyev Sabir Sultanağa oğlu, Operatorların spektral nəzəriyyəsi və operator-diferensial tənliklər nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis, 23 sentyabr 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, 1966-cı ildə Masallı şəhər 11-illik məktəbi qızıl medalla bitirmişdir.

Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək riyaziyyatçı və riyaziyyat müəllimi ixtisası almışdır. 1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuş və 1974-cü ildə aspiranturanı bitirmişdir. 1975-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda akademik Mirabbas Qasımovun rəhbərliyi ilə “Operator dəstələrin məxsusi və qoşma elementlərinin hissəsinin çoxqat tamlığı (01.01.01)” mövzusunda namizədlik, 1994-cü ildə Bakı Dövlət Universitetində “Operator – diferensial tənliklər üçün sərhəd məsələlərinin həll olunma məsələləri və onlarla bağlı spektral məsələlər ( 01.01.01-01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Sabir Mirzəyev əmək fəaliyyətinə 1974-cü ildə Riyaziyyat və Mexanika İnstitutunda başlamış, 1978-ci ildən Bakı Dövlət Universitetinin funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında dosent, professor vəzifəsində çalışmışdır.

2004-cü ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi adına, 2009-cu ildə riyaziyyat sahəsində əldə etdiyi nailiyyətlər və gətirdiyi yeniliklərə görə Ukrayna Elmlər Akademiyasının təsis etdiyi Boqolyubov adına gümüş medala layiq görülmüşdür.

Professor Sabir Mirzəyev 210 məqalə, 10 dərslik, 49 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 5 elmlər doktoru və 20 elmlər namizədi hazırlanmışdır.

Professor Misir Mərdanov

visiontv.az



Seçilən
19
visiontv.az

1Mənbələr