AZ

Dünyada nadir hadisə: Onu öpsələr, öləcək

Dünyada ən müxətlif sbələrədn ölüm halları var, amma elə ölüm səbələri də var ki, çox nadirdir.  

Məsələn,  25 yaşlı amerikalı Karoline Kray Quinnin dodağından öpsələr, o öləcək. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə  “Daily Mail” yazır. 

Nəşr bildirir ki, Massaçusets ştatının Boston şəhərindən olan 25 yaşlı Quinn 150 000 nəfərdən yalnız birində rast gəlinən nadir xəstəlik olan mast hüceyrələrinin aktivləşdirilməsi sindromundan (MCAS) əziyyət çəkir.

MCAS qan hüceyrələrinin müəyyən qidalara, ətirlərə və digər potensial ətraf mühitin tetikleyicilərinə uyğun olmayan reaksiya verdiyi bir xəstəlikdir.

Quinn MCAS-ın xüsusilə ağır formasından əziyyət çəkir. O, yalnız iki qida - yulaf əzməsi və xüsusi hazırlanmış yemək yeyə bilər. Hər hansı digər məhsula allergik reaksiya ölümcüldür.

Onunla öpüşmək də təhlükəli reaksiyaya səbəb ola bilər. 

Bostonda yerləşən səhiyyə idarəsinin işçisi olan Quinn bu yaxınlarda “TikTok” videosunda həyatı üçün önəmli olan qaydaları ətraflı şəkildə izah edib. Videoya 1,7 milyon dəfə baxılıb.

“Kimsə məni öpsə, bundan üç saat əvvəl heç nə yeyə bilməz. Onlar həmçinin məni öpməzdən əvvəl 24 saat ərzində mənim altı anafilaktik allergendən heç birini yeyə bilməzlər – bura fıstıq, ağac qoz-fındıqları, küncüt, xardal, dəniz məhsulları və ya kivi daxildir. Həmçinin dişlərini fırçalamalıdır”, - deyə gənc qadın bildirib.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr