AZ

Neftin barel qiyməti 74,81 dollar oldu

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 74,81 dollara satılır.

Turkustan.az xəbər verir ki, ötən gün 76,03 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 74,61 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09.40-da bağlanış vaxtı ilə müqayisədə 0.3 faiz artaraq 74.81 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 70,91 dollara satılıb.

Qlobal neft ehtiyatlarının əksəriyyətinin yerləşdiyi Yaxın Şərqdə davam edən münaqişələrin daha geniş ərazilərə yayılacağı və qlobal tədarükün pozulmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən neft qiymətləri artmaqda davam edir.

Husilərin sözçüsü Yəhya əl-Seri yayımladığı videoda İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Yaffada “həyati vacib hədəfə” pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiklərini açıqlayıb.

Hücumun İsrail tərəfindən qarşısı alınmadan məqsədinə çatdığını bildirən Seri, İsrailin Qəzza və Livana hücumları dayanana qədər əməliyyatların davam edəcəyini bildirib. İsrail hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Bundan əlavə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı dövrdə atacağı addımların ölçüsü ilə bağlı qeyri-müəyyənliklər də qiymət artımını dəstəkləyir.

FED-in ilin sonuna qədər 75 baz bəndlik endirim edəcəyi gözləntiləri pul bazarlarında qiymətləşmədə güclü qalsa da, noyabr ayında yüzdə 66 ehtimalla 25 baz bəndlik faiz endiriminin olacağı proqnozlaşdırılır.

Digər tərəfdən, ABŞ-da xam neft ehtiyatlarının artması neft qiymətlərinin artımını məhdudlaşdırdı.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 3 milyon 900 min barrel artaraq 416 milyon 900 min barrelə çatdığını açıqladı. Bazar gözləntisi ehtiyatların təxminən 1 milyon 500 min barrel azalacağı idi.

Eyni dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 1 milyon 100 min barrel artaraq 221 milyon 200 min barrel olaraq qeyd edildi.

Dünyanın ən böyük neft istehlakçı ölkəsi olan ABŞ-da xam neft ehtiyatlarının gözləntilərin üzərində artdığını göstərən məlumatlar, ölkədə tələbin azaldığı və qiymətlərə təzyiq göstərdiyinə dair təsəvvürləri dəstəklədi.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 76-77,34 dollar aralığı müqavimət, 73,46-72,26 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
18
1
turkustan.az

2Mənbələr