AZ

Adil Kərimli Ağcabədidə vətəndaşları qəbul edəcək



Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il oktyabrın 30-da saat 10:00-da Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində (ünvan: Üzeyir Hacıbəyli prospekti, 91) Ağcabədi, Ağdam, Bərdə,Tərtər, Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, vətəndaşlar 2024-cü il oktyabrın 24-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Seçilən
12
5
apa.az

8Mənbələr