AZ

Məhəmməd Salah ÇL-də rekorda imza atdı

Çempionlar Liqasının ikinci həftəsində "Liverpul" "Enfild Roud"da qəbul etdiyi "Bolonya"nı 2:0 hesabı ilə məğlub edib.

"Operativ Media" xəbər verir ki, misirli ulduz 75-ci dəqiqədə qol vuraraq rekorda imza atıb.

Misirli ulduz Çempionlar Liqasında qollarının sayını 45-ə çatdıraraq ən çox qol vuran afrikalı futbolçu olub. Buna qədər bu turnirdə ən çox qol vuran afrikalı futbolçu 44 qolla Didye Droqba olub.

Bu nəticə ilə "Liverpul" 2 matçda da qələbə qazanaraq xallarının sayını 6-ya yüksəldib.

Seçilən
26
operativmedia.az

1Mənbələr