AZ

BAKIDA 71 SAYLI MƏKTƏBDƏ QƏTL TÖRƏDƏN SAXLANILIB

Bakıdakı 71 saylı məktəbdə qətl törədilib...

Tezadlar.az Təhsil Nazirliyinin yaydığı məlumatına istinadla bildirir ki, dünən oktyabrın 2-də saat 15:30 radələrində qətlə yetirilən şəxs Sabunçu rayonu 71 nömrəli məktəbin XI sinif şagirdidir. O, dərsdən kənar vaxtda qətlə yetirilib. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib. TƏBİB-dən verilən məlumatda isə deyilir ki, oktyabrın 2-də saat 14:40 radələrində 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Sağ budun yuxarı üçdə birinin iç və bayır səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Göstərilən reanimasion tədbirlərə baxmayaraq, kəskin qan itirmə və 4-cü dərəcəli hemorragik şok səbəbilə sözügedən şəxsin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.

AZƏRBAYCAN DAXİLİ İŞLƏR NAZİRLİYİNİN YAYDIĞI MƏLUMATA GÖRƏ İSƏ, QƏTLİ TÖRƏDƏN SAXLANILIB. lAKİN HADİSƏNİN HANSI SƏBƏBDƏN TÖRƏDİLDİYİ HƏLƏKİ MƏLUM DEYİL.

ELŞAD

Seçilən
17
tezadlar.az

1Mənbələr