AZ

Avropa Liqası: "Qarabağ" Bakıda "Malmö"nü qəbul edəcək

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçiriləcək. 

Oxu24.com xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında İsveç çempionu “Malmö”nü qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın start fiti saat 20:45-də səslənəcək.

İlk turdan sonra komandaların hər ikisi xalsızdır. Ağdam klubu ötən tur səfərdə “Tottenhem”ə (0:3), “Malmö” isə öz meydanında “Reyncers”ə uduzub (0:2). 

Avropa Liqası, Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. “Qarabağ” (Azərbaycan) - “Malmö” (İsveç)
Hakimlər: Anastasios Papapetru, Tryfon Petropoulos, İordanis Aptosoglou, Alexandros Tsakalidis 
VAR: Angelos Evangelou
AVAR: Athanasios Tzilos (hamısı Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
13
15
oxu24.com

10Mənbələr